Coxo C - Smart Mini

Coxo C - Smart Mini
Coxo C - Smart Mini
Coxo C - Smart Mini
Stokda var

Coxo C - Smart Mini Stokda var

COXO C-Smart mini – apekslokatorlu naqilsiz endodontik cihaz.
 Kök kanalının uzunluğunu dəqiq müəyyən etmək və alətin apikal dəlikdən kənarda təsadüfən çıxarılmasının qarşısını almaq üçün ideal bir vasitədir.  
C-Smart mini üçün 3 iş rejimi nəzərdə tutulmuşdur:
· Yalnız endomotor
· Yalnız apekslokator
· Endomotor + apekslokator

C-Smart mini-nin xüsusiyyətləri:
Erqonomik tutacaq və aşağı çəki sayəsində C-Smart mini  endomotoru ələ rahat şəkildə oturur. Cihazın daşınması istənilən vəziyyətdə işləməyə imkan verir və telin uzunluğundan asılı olmur.  Böyük akkumlator tutumu uzun  müddət işləməni təmin edir. Cihazın akkumlatorunu doldurmaq üçün onu xüsusi modula yerləşdirmək kifayət edir. Kontrastlı displey iş haqqında məlumatı, həmçinin akkumlatorun səviyyəsini göstərir.  Fırlanma anı təyin edilmiş dəyəri keçərsə, ekranda səsli siqnalla müşayiət olunan qırmızı işıq görünür. Yığcam başlıq  60° artımlarla altı mövqedə quraşdırıla bilir. Asanlıqla çıxarıla biləndir və 135°C-də avtoklavda sterilizasiya üçün əlverişlidir.

Həmçinin C-Smart mini  aşağıdakı üstünlüklərə malikdir:
· Naqilsiz endoucluq
· İsveçrə istehsalı olan orijinal fırçasız motor
· Başa düşülən interfeys
· Avtomatik rejimdə sınaq və kalibrləmə
· Avtorevers
· Resiprokal və fırlanan iş rejimi
· Sürət və fırlanma anının təyin edilməsi
· Rotor və resiprok alətlətlər üçün   quraşdırılmış parametrlər

Texniki xarakteristikalar:
· Fırlanma sürəti – 125-650
· Fırlanma anı – 0.6-3.0 H/sm
· Faylın növü – ø 2,35 mm
· Akkumlator – Li-ion, 1400 mAs
· Ölçü – 19х13х6 sm