Diox

Diox
Diox
Stokda var

Diox Stokda var


DIOX-602 rentgeni.
Portativ dental rentgen aparatı, düyməli idarəetmə, çəki 1,8 kq, akkumulyator LI-Pol, boru 60 kV / 2mA.
DIOX - 602 (Dioks - 602) portativ rentgeni – mikroprosessor idarəetməsinə malik rentgen şüaları generatoru formasında daşına bilən stomatoloji rentgenoloji sistemdir. 
Təsvirin plyonka və ya rəqəmsal daşıyıcılara (radiovizioqraf, fosfor lövhə) çıxarılması ilə yüksək keyfiyyətli rentgen diaqnostikası üçün işlənib hazırlanmışdır.
Xarakteristikaları:
•  Rentgen şüaları generatorunda minimal pulsasiyalı daimi cərəyanda stabil şüa çıxışını təmin edən yüksək tezlikli invertordan istifadə olunur. Bu dəyişən cərəyanla işləyən analoji qurğu tipi ilə müqayisədə yaxşılaşdırılmış şəkil keyfiyyəti əldə etməyə imkan verir. 
• Sabit daimi gərginliyin istifadəsi sayəsində itkilərin azaldılması səbəbindən DIOX-602 portativ rentgen aparatı daha az rentgen şüası dozası ilə şəkillər çəkməyə imkan verərək, bununla da pasiyenti, istifadəçini və operatoru rentgen şüalarının zərərli təsirindən müdafiə edir.
•  Quraşdırılmış naqilsiz sistemə malik olan DIOX-602 sistemi qurğunun istismar şərtlərini əhəmiyyətli dərəcədə asanlaşdırır və operatorun işini daha rahat edir (opsiya)
•  Yeni konstruksiyalı rentgen şüaları generatorundan istifadə aparatın həcmi və çəkisinin azalmasına gətirib çıxarır.
Qurğunun spesifikasiyaları, texniki xarakteristikaları
II В sinfi
Aparatın B tipli işçi hissəsi
Rentgen şüaları generatoru:
•  Lampanın gərginliyi 60kV (fiksasiya olunmuş)
•  Lampanın cərəyanı 2 mA (fiksasiya olunmuş)
 Yüksək gərginlikli generator: yüksək tezlikli invertor
•  Rentgen şüalarının idarə olunması metodu: mikroprosessor vasitəsilə idarəetmə
 • Zamana görə tənzimləmə diapazonu 0,01 – 1,6 saniyə (addım 0,01 san)
Rentgen şüaları lampası:
•  Tipi – stasionar anod rentgen lampası
•  Lampanın modeli: D-081BS (Toshiba, Yaponiya)
•  Fokal ləkənin ölçüsü – 0,8 mm
•  Lampanın işçi gərginliyi: 50 – 65kv (maksimum)
•  Maksimal çıxış gücü (1.0 saniyəyə) – 600 Vt
•  Səpələnmə bucağı - 20 °
•  Tam uzunluq – 77 mm
•  Maksimal diametr – 38 mm